Çeşidlənmə Mərkəzində monitorinq - VİDEO

Çeşidlənmə Mərkəzində monitorinq - VİDEO
Məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi həyata keçirilir

İyul ayından etibarən paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti lə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi həyata keçirilir. 5 ay aydan çoxdur ki, davam edən layihə çərçivəsində xeyli irəliləyişlər əldə olunub.

Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında təlabata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyenə tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir. Layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala göndərilən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Qeyd edək ki, gələn ilin aprel ayından etibarən mərhələli qaydada daha 3 rayon - Nizami, Yasamal və Nəsimi rayonları bu layihəyə cəlb olunacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə