Türkdilli sahibkarlar üçün ortaq biznes portalı yaradılıb

Türkdilli sahibkarlar üçün ortaq biznes portalı yaradılıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri arasında fiziki, bürokratik və ünsiyyət maneələrinin aradan qaldırılması məqsədilə “Turkic Business Portal” istifadəyə verilib.

"Report" bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən xəbər verir.

Məlumata görə, TDƏŞ-də ölkəmizi Konfederasiya təmsil edir. Hazırda qurum Azərbaycan sahibkarlarının bu portalda fəal iştirak etməsinə nail olmaq məqsədilə üzvlərlə ciddi iş aparılır.

Yeni platforma heç bir vasitəçi olmadan "KOB"lar arasında sürətli əlaqə yaratmağa və hazırda mövcud olan vahid veb-portal çərçivəsində müxtəlif mənbələr arasında bölüşdürülən məlumat, ticarət potensialı və fəaliyyətləri toplamağa imkan verəcək. Bu yolla Türk Şurasına üzv dövlətlərin sahibkarları arasında ünsiyyətin asanlaşdırılması və müvafiq məlumatların mərkəzləşdirilmiş qaydada alınması təmin ediləcək. Nəticə etibarilə ölkələrimiz arasında ticarət əlaqələrinin sürətinin və həcminin artmasına böyük kömək edəcək.

Xatırladaq ki, portala daxil olmaq üçün http://www.turkicbusiness.com/default_eng.asp linkinə daxil olmaq lazımdır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə