2020-ci ildən fermerlərə subsidiyalar elektron qaydada veriləcək - VİDEO

2020-ci ildən fermerlərə subsidiyalar elektron qaydada veriləcək - VİDEO
Aqrar xidmətlərdə yenilik

Fermerlərə subsidiyaların elektron qaydada verilməsini nəzərdə tutan Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı Biləsuvarda toplantı keçirildi.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.

Nazir dedi ki, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüsdür. Bu təşəbbüsün irəli sürülməsində məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir. Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər.

Qeyd edək ki, 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən