İl-76 və.....31 il - VİDEO

İl-76 və.....31 il - VİDEO
Spitaka köməyə gedənlərə Erməni tələsi

30 il əvvəl, 1988-ci il dekabrın 7-də Ermənistanda 25 min nəfərin həyatına son qoyan zəlzələyə köməyə gedənlər arasında Yusifin atası Əyyub da vardı. 36 yaşında, adi sürücüydü.

Amma işlərin sonu aydın olmadı. Spitakda baş verən zəlzələ Yusifovlar ailəsini də sirkələdi. Ayın 8-dən Spitaka kömək adı ilə dırnaqarası könüllülər yığmağa başladılar. Ayın 11-də isə onlar İL 76-nın gövdəsində ERmənistana uçdular. Maraqlıdır ki, faciə Azərbaycan əhalisinin Ermənistandan sürgün edilməsi fonunda baş verir, Azərbaycan isə humanistlik sərgiləyərək ora kömək göndərirdi. Hətta o dövrün rəsmi məlumatlarına əsaslansaq Azərbaycanın "əmək kollektivlərindən və ayrı-ayrı vətəndaşlardan" zəlzələdən zərər çəkənlər üçün "50 min rubldan çox pul da köçürülmüşdü. Bəs qazancımız nə oldu? Bir təyyarə yükü meyid. İL-76 təyyarəsində olan 9-u ekipaj üzvü, 68-I hərbi qulluqçu olmaqla 77 azərbaycanlıdan yalnız bir nəfər-Fəxrəddin Balayev sağ qaldı. O da təyyarəyə yüklənmiş maşının yük yerində oturduğu üçün s sağ qalmışdı. Daha doğrusu zərbə nəticəsində kuzovqarışıq havaya uçduğu üçün. Qalanları….

Sonralar araşdırılma zamanı məlum oldu ki, fəlakətdən ziyan çəkən ermənilərə ilk yardım əlini uzadan azərbaycanlıların təyyarəsi Spitak rayonunun Quqark şəhərinin yaxınlığında ermənilər tərəfindən "Stinqer" raketi ilə vurulub. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşdular.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə