Yenidən qurulan yol - VİDEO

Yenidən qurulan yol - VİDEO
Ucar-Zərdab-Ağcabədi yolunda tikinti gedir

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucarın girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Ölkə əhəmiyyətli bu yol ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Nəticədə isə bu yolla get-gələ maneə yarandı. Ümumi uzunluğu 70 km-dən artıq olan yol yenidən qurulur. Yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, layların tikintisi gedir.Paralel olaraq hazır olan hissələrin asfalt-beton qarışığı ilə döşənməsi işlərinə də başlanılıb.Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Layihə çərçivəsində 7 avtomobil körpüsünün inşası aparılır. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 su keçidi, 48 suötürücü boru və 30 avtobus dayanacağı tikilir.

“Bu işlər sübut edir ki, yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi və coğrafiyası ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətimizin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Bu gün əminliklə söyləmək olar ki, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb və bu istiqamətdə əsaslı dəyişikliklərin yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.”

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var. Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına töhfə verəcək. Yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə