Ümummilli lider “Azərkitab-Təbliğatı Mərkəzi”ndə yad edildi - FOTOREPORTAJ

Ümummilli lider “Azərkitab-Təbliğatı Mərkəzi”ndə yad edildi - FOTOREPORTAJ

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi"ndə müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub.

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi"nin əməkdaşları ilk öncə Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə gül dəstələri qoyublar. Görkəmli aftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülüb. 

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sabir Həsənov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi  və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açmış, onun ad günündə fəaliyyətə başlamış "Azərkitab-Kitab Təbliğatı Mərkəzi"nin Ümummilli liderimizin ideyalarına sədaqətlə xidmət edəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ulu Öndərin kitaba, təhsilə verdiyi qiymət Azərkitabın fəaliyyət proqramı kimi qeyd edilib.

Sonda tədbirdə iştirak edən elm, mədəniyyət xadimləri, tələbələr, tanınmış ziyalılar mərhum prezident Heydər Əliyev ideyalarına həmiş sadiq olacaqları barədə fikirlərini bildiriblər.

REAL

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər