Milli Məclis seçkilərinə rəsmi start verildi - VİDEO

Milli Məclis seçkilərinə rəsmi start verildi - VİDEO
Əli Əhmədov: "YAP-ın siyahısında yeni simalar olacaq"

Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır.Yeni Azərbaycan Partiyasının İcra katibi - Sədr müavini Əli Əhmədov dedi ki, Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək və bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək.

"Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

Əli Əhmədov jurnalistlərə açıqlamasında qeyd etdi ki, YAP-ın namizədlər siyahısında tanınmış adamlar da olacaq.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdi. YAP rəhbərliyi Heydər Əliyevin məzarı önünə gül dəstələri düzdu. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər