“Bryanskda qəhrəmanlıq dastanı” - VİDEO, FOTOLAR

“Bryanskda qəhrəmanlıq dastanı” - VİDEO, FOTOLAR
Rusiyada tapılan azərbaycanlı əsgərin nəşi dəfn edilib

Rusiya Federasiyasının Braynsk vilayətində aparlan axtarışlar zamanı ikinci dünya müharibəsində cəbhədə həlak olan azərbaycanlıların nəşi tapılıb.

Onlardan biri Azərbaycanın Hacıqabul rayonu sakini Böyükağa Mehdiyevə aiddir. Bryanks vilayətinin rəhbərliyi və Moskvadakı "Azərbaycan" Cəmiyyəti Böyükağa Mehdiyevin Azərbaycanda yaşayan qohumlarını tapıblar. Onların iştirakı ilə azərbaycanlı əsgərin nəşinin qalıqları Bryanskdakı faşizmlə müharibədə həlak olan insanların məzarlarının olduğu Fəxri xiyabanda təntənəli şəkildə dəfn olunub.

Nəzərinizə çatdıraq ki, Böyükağa Mehdiyev Smolenskin azad olunmasında göstərdiyi qəhrəmanlığa görə, "Qırmızı döyüş bayrağı ordeni" ilə təltif olunub. Daha sonra Mehdiyev Bryanskın müdafiəsi uğrunda döyüşlərdə iştirak edərək qəhrəmancasına həlak olub. Rusiya Müdafiə Nazirliyinin arxivinə verilən sorğu zamanı məlum olub ki, Böyükağa Mehdiyev 1943-cü ilin martında almanların nəzarətində olan əraziyə keçərək çoxlu sayda düşməni məhv edib və faşistlərin əks hücumun qarşısını tək alıb.

Bundan sonra 50-ci ordunun komandanlığının qərarı ilə ona "Qırmızı döyüş bayrağı" ordeni verilib.

Böyükağa Mehdiyevin axtarışlar zamanı tapılan şəxsi əşyaları və həmçinin qəhrəmanlıq ordeni onun qohumlarına təqdim olunub.

Qeyd edək ki, azərbaycanlı əsgərin dəfn mərasimində Rusiya və Azərbaycanın siyasət, ictimaiyyət nümayəndələri iştirak edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə