Ekspertiza yekunlaşmayıb - VİDEO

Ekspertiza yekunlaşmayıb - VİDEO
M.Müşfiqə aid olduğu iddia edilən qalıqların müayinəsi davam etdirilir

Repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının müayinəsi davam etdirilir. Ekspertiza yekunlaşmayıb. Aparılan işlər hələ başa çatmayıb”. Müayinələrin nə zaman bitəcəyi tarix də hələlik məlum deyil.

Bunu REAL-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov dedi.

Təkcə Müşfiqlə bağlı deyil, digər şəxlərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır. “Mərhum şair Mikayıl Müşfiqə və digərlərinə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir
Şairin əmisi nəvəsi reyhanə vahabova real-a bildirdi ki, Müşfiqin ata nəslindən olan qohumu Vahab İsmayılzadədən də müayinələr götürülüb.

Onu da deyək ki, Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə müayinələrin aparılması üçün çoxlu sayda sümük qalıqları təqdim edilib və bu proses davam edir. Sümük qalıqları üzərində məhkəmə-kriminalistik, məhkəmə-tibbi, molekulyar-genetik ekspertizaları həyata keçirilir. Sümük qalıqları üzərində müayinələrin aparılması bitdikdən sonra bu nəticələr M.Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə müqayisə ediləcək və müvafiq nəticələrə gəlinəcək. Xatırladaq ki, şair M.Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Prezidentin tapşırığına əsasən yaradılmış işçi qrupun noyabrın 1-də ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna M.Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər