Məktəblərdə çalışan psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

Məktəblərdə çalışan psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə