Aztəminatlı ailələrin sosial inkişafı - VİDEO

Aztəminatlı ailələrin sosial inkişafı - VİDEO
Layihənin ümumi regional büdcəsi 6 milyon avrodur

Mingəçevirdə “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsinin məşğulluğun təşviqi və gənclərin sosial inkişafı ilə əlaqədar fəaliyyətləri ilə tanışlıq olub.

Keçirilən layihə Ağdam, Bərdə rayonları və Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını əhatə edir. 2017-ci ildən başlamış, 2021-ci ilin oktyabr ayınadək davam edəcəcək layihənin ümumi regional büdcəsi 6 milyon avrodur.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Almaniyanın Azərbaycandakı səfiri Volfqan Maniq, GİZ-in Azərbaycan üzrə direktoru və digərləri iştirak ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər