“Qarabağ”ın təsəlli axtarışı - VİDEO

“Qarabağ”ın təsəlli axtarışı - VİDEO
Komandamız formal xarakterli oyunda “Düdelanj”la qarşılaşacaq

Sabah Qarabağ komandası futbol üzrə Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

6-cı tur ölkə çempionumuz üçün cari ilin avrokuboklar mövsümünün axırıncı matçı olacaq.

Köhlən atlar doğma divarlar arasında Lüksemburq Düdelanjı ilə üz-üzə gələcəklər. Komandamızın baş məşqçisi Qurban Qurbanov formal xarakter daşıyan görüşü qələbə ilə başa vurmağı planlaşdırdıqlarını deyib.

Qeyd edək ki, “Qarabağ” - “Düdelanj” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Saat 21:55-də başlayacaq görüş Kristo Tohverin başçılıq etdiyi estoniyalı hakimlər briqadasına tapşırılıb.

Xatırladaq ki, aktivindəki 4 xalla 3-cü pillədə qərarlaşan Qarabağ play-offa yüksəlmək şansını itirib. 3 xalla sonuncu yerdəki Düdelanj üçün də bu, cari mövsüm avrokuboklarda son matç olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər