AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək

AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək. 

Bu barədə “Report”un Fransa bürosuna AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak məlumat verib. 

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq. Seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkilər müşahidə edəcəyik". 

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə