MSK ilk dəfə seçki məntəqələrini çip oxuyan cihazlarla təmin edir - VİDEO

MSK ilk dəfə seçki məntəqələrini çip oxuyan cihazlarla təmin edir - VİDEO
Bələdiyyə seçkilərinə hazırlıq

"Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bü günə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib".

Bu sözləri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri Məzahir Pənahov bildirdi ki, Azərbaycanda gələn il fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 50-ə yaxın şəxs müraciət edib.Həmin müraciət edən şəxslərin 7 nəfərinin namizədliyi artıq təsdiq olunub.

M.Pənahovun sözlərinə görə ,vətəndaşların seçkilərə cəlb edilməsi üçün bütün zəruri işlər görülür. Vurğulanıb ki, bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb ki, seçicilər maneəsiz gəlib səs versinlər.

İclasda Məzahir Pənahov bildirib ki,“Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq, bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq”.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin ediləcək:

“Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər