Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO, FOTOLAR

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO, FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Anım mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Mərasimdə Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər