Bakı Məşhədə çarter reyslərinin həyata keçirilməsinə başlanılır

Bakı Məşhədə çarter reyslərinin həyata keçirilməsinə başlanılır

Azərbaycan və İran arasında iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi çərçivəsində dekabrın 16-dan Bakıdan İslam Respublikasının Məşhəd şəhərinə çarter reyslərinin həyata keçirilməsinə başlanılacaq. 

Bu barədə "Report" "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, aviareyslər sifarişdən asılı olaraq həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri, saat 14:30-da, aviaşirkətin aşağı büdcəli törəməsi - "Buta Airways"ə məxsus "Embraer 190" tipli təyyarələrlə yerinə yetiriləcək. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər