Heydər Əliyevə həsr olunmuş tədbir - VİDEO

Heydər Əliyevə həsr olunmuş tədbir - VİDEO
Bakı Sağlamlıq Mərkəzində Heydər Əliyevin xatirəsi yad edildi

Bakı Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov,Yeni Azərbaycan partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev,klinikanın kollektivi və digər şəxslər iştirak etdilər.Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov qeyd etdi ki,"bu gün ölkəni,cəmiyyəti səhiyyəsiz inkişaf etdirmək mümkün deyil və Azərbaycan səhiyyəsinin qurulması demək olar ki,məhz Heydər Əliyevin adıyla bağlıdı".

Qeyd edək ki,tədbirdə həm də Heydər Əliyevin hakimiyyəti dövründə fəaliyyət göstərmiş ictimai-siyasi xadimlər də iştirak etdilər və öz xatirələrini bölüşdülər.Tədbirin sonunda isə dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş qısa videoçarxın nümayişi oldu.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər