Dünya boyda siyasətçi - VİDEO

Dünya boyda siyasətçi - VİDEO
Heydər Əliyevin vəfatından 16 il ötür

Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.

Bu Heydər Əliyevin fikirləridir. Və deməli təkcə fikirləri yox, həm də həyat kredosu. O, Azərbaycan siyasətində olduğu uzun illər boyunca bu fikirlərə sadiq qaldı.

Belə nəcib keyfiyyətləri idi onu sevdirən də. Və bu keyfiyyətləri özündə daşıyan əməllər nə bir idi, nə də iki. O. Hüseyn Cavidi uzaq Sibirdən gətirən kişidir. O Əlimərdan bəy Topçubaşovun Fransanın Sen Klu qəbristanlığındakı ailə məzarını məhv olma təhlükəsindən xilas edən kişidir. O cümhuriyyət ordusu qurucularından olan Səməd bəy Mehmandarovun yeganə oğlunu tapan, arayan və onu Azərbaycana gətirən, evlə təmin edən kişidir. Siyasətin quru mahiyyəti onun yaradıcı mahiyyətinə zərrə qədər də təsir etməzdi. Bu sərt siyasət adamını bir mahnı belə kövrəldə bilirdi.

Heydər Əliyev dünya siyasətində öz izini, dəst-xəttini qoydu getdi. Bu onun uğuru, Azərbaycan xalqının isə qazancıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə