“Bakı Metropoliteni“ bu gün yarım saat artıq işləyəcək

“Bakı Metropoliteni“ bu gün yarım saat artıq işləyəcək

"Qarabağ" futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək azarkeşlər 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

“Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən