Dahi siyasi xadimin anım günü - VİDEO

Dahi siyasi xadimin anım günü - VİDEO
Heydər Əliyev vəfatının 16-cı ildönümündə Gəncədə də yad edilib

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 16-cı ildnümü ilə əlaqədar Gəncədə anım tədbirləri keçiriıib.

Anım günündə Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri dahi siyasətçi Heydər Əliyevi yad ediblər.

Mərasim iştirakçıları Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.

Bildirilib ki, respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə bu böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Heydər Əliyev Gəncəni ölkənin iqtisadi mərkəzlərindən birinə çevirməklə, şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına stimul yaradıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə