Quldurluq hadisəsi baş verib - VİDEO

Quldurluq hadisəsi baş verib - VİDEO
Xətai rayonunda yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib. Belə ki, dekabrın 10-u saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.

Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb.

Faktla bağlı Akif Məmiyev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə