İsmayıllıda anım günü - VİDEO

İsmayıllıda anım günü - VİDEO
H.Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilib

İsmayıllıda Heydər Əliyevin abidəsi ziyarət edilib.

Əvvəlcə abidənin üzərinə rayon icra hakimiyyəti adından əklil qoyulub.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ziyarətçilərin ön cərgəsində olublar.

Rayon polis şöbəsinin çoxsaylı əməkdaşı hərbi təzimlə Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Yanğın təhlükəsizliyi xidmətinin, digər hüquq mühafizə və ədliyyə orqanlarının əməkdaşları abidənin önünə gül dəstələri düzüblər.

Gənclər, şagirdlər, Humanitar və Texnologiya kollecinin, Peşə Tədris Mərkəzinin müəllim və tələbələri, icra strukturlarının, xidmət təşkilatlarının işçiləri də tədbirdə iştirak ediblər.

Digər xəbərlər
Bu gün
Dünən