Latviyalı nazirdən Qarabağ bəyanatı - VİDEO

Latviyalı nazirdən Qarabağ bəyanatı - VİDEO
Dağlıq Qarabağ münaqişəsi Riqada müzakirə olundu

Latviyanın regionda sülhün bərpası ilə bağlı mövqeyi qətidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və diplomatik kanallar vasitəsilə həll olunmalıdır.

Bunu Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs Riqada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Latviyalı nazir bildirib ki, Azərbaycan XİN başçısı ilə görüşdə regional təhlükəsizlik məsələləri ilə yanaşı Latviya-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını da deyib.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və Latviya Milli Kitabxanasına da baş çəkib. Nazir Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib.

Digər xəbərlər
Bu gün
Dünən