FED uçot dərəcəsini sabit saxlayıb - VİDEO

FED uçot dərəcəsini sabit saxlayıb - VİDEO
FED-in qərarları Azərbaycan iqtisadiyyatında hiss olunmayacaq

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin ötən gün başa çatmış 2 günlük iclasında uçot dərəcəsinin 1,5-1,75% səviyyəsində saxlanılmasına qərar verilib.

Halbuki, bundan əvvəl FED maliyyələşdirmə faizini 0,25 faiz bəndi azaldaraq 1,75-2%-dən 1,5-1,75%-ə endirmişdi.

İqtisadçı-ekspertlər hesab edir ki, ABŞ hökumətinin pul-kredit siyasətinin yumşaldılması, o cümlədən uçot dərəcəsinin azaldılması ilə bağlı siyasəti artıq lazımi effekt vermir. Onların fikrincə, bu addım o zaman uğurlu olardı ki, ölkə iqtisadiyyatının istehsalla bağlı potensialı olsun. Əgər bu potensial yoxdursa, onda faizləri azaltmağa dəyməz və FED bunu nəzərə alaraq ehtiyatlı davranır.

Pul kütləsi real sektora istiqamətlənməlidir. Yoxsa bu inflyasiyaya səbəb ola bilər və maliyyə köpüklərinin şişirdilməsinə səbəb olar.....

Elşad Məmmədovun sözlərinə görə, 2008-2009-cu illərin qlobal iqtisadi böhranından sonra dünyanın aparıcı mərkəzi bankları, o cümlədən FED uçot dərəcəsini azaltmaqla pul bazasını genişləndirib və dünya iqtisadiyyatındakı problemlərin dərinləşməsinin qarşısını alıb. Artıq bu cür addımlara ehtiyac azalmaqdadır və dövriyyədə olan Dollar kütləsinin bir qədər də artırılması yenidən iqtisadiyyatda problemlərə səbəb ola, inflyasiyanı nəzarətdən çıxara bilər. Odur ki, FED ehtiyatlı olmaqda davam edəcək.

FED-in qərarının Azərbaycan iqtisadiyyatına, o cümlədən manatın məzənnəsinə təsirinə gəlincə Elşad Məmmədov bunun tezliklə hiss olunmayacağını düşünür:

Ekspert deyir ki, FED-in qərarlarının ölkə iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti davam etdirilməlidir ki, ölkəyə valyuta bir mənbədən yox, bir neçə mənbədən daxil olsun.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə