Bakıda polis 2 xuliqanı saxlayıb - FOTO, VİDEO - YENİLƏNİB

Bakıda polis 2 xuliqanı saxlayıb - FOTO, VİDEO - YENİLƏNİB

Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər.

REAL xəbər verir ki, onların bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər.

Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, tabe ol əmrindən boyun qaçırıblar.

Soyuq silahı əlindən buraxmayan iki gənc hətta polisə də yaxınlaşacağı təqdirdə onlara xəsarət yetirəcəyini bildiriblər.

Bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra polis iki xuliqanı saxlayıb və asayiş bərpa olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə