Energetika naziri və nazir müavinləri üç rayonda vətəndaşları qəbul edəcəklər

Energetika naziri və nazir müavinləri üç rayonda vətəndaşları qəbul edəcəklər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, dekabrın 20-də Energetika naziri Pərviz Şahbazov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialının inzibati binasında (ünvan:Bakı prospekti 17) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Göyçay Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 109)təşkil ediləcək. Nazir müavini Elnur Soltanov isə Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan:Heydər Əliyev prospekti 1) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov,əlaqə telefonu: (050) 509-80-50,elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər