Senatın “Soyqırımı” qərarı - VİDEO

Senatın “Soyqırımı” qərarı - VİDEO
Səfir: “Sənəd ABŞ administrasiyasının mövqeyini əks etdirmir”

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib. Səfir jurnalistlərə açıqlamasında deyib ki, məlum layihə qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, Administrasiyasının mövqeyini əks etdirmir.

***

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatının 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanımasına münasibət bildirib. Türkiyə XİN layihənin qəbul edilməsini tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib: “Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”.

Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altın isə layihənin qəbulunu iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib. O, özünün “Twitter” hüsabında yazıb ki, qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə təhlükə yaradır: “Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik. Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik”.

Qeyd edək ki, ABŞ Senatı 1915-ci il hadisələrini “Erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər