Bakıda və regionlarda yeni hotellər açılacaq

Bakıda və regionlarda yeni hotellər açılacaq

“Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir”.

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

"Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə  yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin şimal, şimal-qərb, Gəncə və cənub istiqamətlərinə üz tuturlar. Turizm infrastrukturu və kadr potensialı bu istiqamətlər üzərində inkişaf etdirilir”, - deyə o, qeyd edib. 

K.Quluzadənin sözlərinə görə, hazırda dövlət 3 və ondan az ulduzlu otellərin istifadəyə verilməsində maraqlıdır: "Ölkədə 600-a yaxın otel fəaliyyət göstərir. Ölkədə əsasən bahalı turizm infrastrukturu yaradılıb. Amma bu günün çağırışı ucuz, daha az ulduzlu hotellərin mövcüdluğu ilə bağlıdır. Çünki, Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edirik, onlar üçün həmin xidmətlər formalaşdırılmalıdır. Regionlarda 3 və ondan az olan hotellərin tikilişinin intesivləşməsini istəyirik. Bu istiqamətdə dövlət biznesə dəstək verir”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə