“Heydər Əliyev. Şəxsiyyət və Zaman“ - VİDEO

“Heydər Əliyev. Şəxsiyyət və Zaman“ - VİDEO
Moskvada Elmira Axundovanın Heydər Əliyev haqqında kitabı təqdim edilib

Rusiya dövlət kitabxanasında Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı da baş tutdu.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvanın Heydər Əliyevin həyatında xüsusi yer tutduğunu bildirdi.

Təqdimat gecəsində, nitqində yazıçı Elmira Axundova isə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. O bildirdi ki, Rusiya Dövlət Kitabxanasında “Heydər Əliyev. Şəxsiyyət və Zaman” üçcildliyinin təqdimatının keçirilməsi böyük hadisədir.

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev və digərləri kitabın müasir dövür üçün əhəmiyyətini qeyd edərək, Heydər Əliyevin iki dövlət arasında rolundan və tarixi mövqeyinindən danışıdılar.

Nəzərinizə çatdıraq ki, təqdimat mərasimində xarici ölkələrin səfirləri, deputatlar, hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak etdilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər