Bürünc təsəllisi

Bürünc təsəllisi
R.Orucov “Masters” turnirini 3-cü pilədə başa vurub

Çində cüdo üzrə “Masters” turniri davam edir.

Azərbaycan millisi Tsindao şəhərində reallaşan yarışda ilk medalını qazanıb. 73 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüstəm Orucov fəxri kürüsüdə yer alıb. Özbəkistanlı rəqibini üstələyən Olimpiya mükafatçımız, 1/4 finalda israilli həmkarına uduzub. Təsəlliverici görüşə qatılan cüdoçumuz əvvəlcə kanadalı atleti məğlub edib. Həmyerlimiz 3-cü yer uğrunda Kosovo idmançısı ilə üz-üzə gəlməli idi. Rəqib zədələndiyi üçün qələbə Orucova verilib və seçməmizin üzvü bürünc medala layiq görülüb.

Onunla eyni çəkidə yarışan Hidayət Heydərov isə mübarizəni mükafatsız başa vurub.

Xatırladaq ki, sabah başa çatacaq “Masters” turnirinə millimiz 11 cüdoçu ilə qoşulub.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə