Senatın “soyqırımı” qərarı - VİDEO

Senatın “soyqırımı” qərarı - VİDEO
Səfir: “Sənəd ABŞ Administrasiyasının mövqeyini əks etdirmir”

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsini qəbul etməsinə münasibət bildirib. Səfir jurnalistlərə açıqlamasında deyib ki, məlum layihə qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, Administrasiyasının mövqeyini əks etdirmir.

 "Artıq bu barədə Senat öz fikirlərini tam və dəqiq şəkildə ifadə edib. Bu o deməkdir ki, artıq biz bunu nəzərə almalıyıq. ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dost və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ABŞ Senatının 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasına təəccüblənməyib.

Fazil Mustafanın fikrincə, ABŞ Prezidenti Donald Tramp da Senatın qərarını tədqiləyə bilər.

Qeyd edək ki, ABŞ Senatı 1915-ci il hadisələrini “Erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər