Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yetişdirilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə