Qoynunda ilan bəsləyən - VİDEO

Qoynunda ilan bəsləyən - VİDEO
Mirhəsən Abduyev həyətində ilanlar saxlayır

Kimisi quş, balıq, it, pişik mal-qara saxlayır, Mirhəsən kişi isə həyətində ilan bəsləyir. 55 yaşlı Ağdam rayonunun Quzanlı kənd sakini Mirhəsən Abduyev 50 ildir ilanlarla dostluq edir.

Uzun illər keçməsinə baxmayaraq, bu gün də evində ən zəhərli ilan hesab edilən gürzə saxlayır. Bu zamandək onun həyətində 27 gürzəsi olub. Hazırda isə həyətində 2 gürzə saxlayır. Qoynunda ilan bəsləyən mirhəsən kişi ilanları körpə uşaq kimi qoynunda gəzdirir, onlarla danışır, onların qayğısına qalır. İlanları yemləmək vaxtıdır deyib, onların yeməyini suyunu da vaxtlı-vaxtında verir. Ölmüş quşlar ilanların yemi olur. O ilanları tanıdığını xüsusiyyətlərini də yaxşı bilir.

Müsahibim deyir ki, insanlar arasında ilanlarla bağlı doğru olmayan fikirlər var.

Məsələn, xalq arasında belə fikir var ki, qızıl ilan yeddi qardaş olur. Birini öldürdükdə digər qardaşlar hökmən onun qisasını alır. Əslində isə belə bir şey yoxdur. Əslində, qızıl ilan qorxaq olduğundan çox cəld hərəkət edib uzaqlaşmağa çalışır. Bu ilanlar həm də zəhərsiz olur. Sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.

Amma qoynunda bəslədiyi ilanlar ona naxələf də çıxıb arabir.

İlan vurarkən ilkin olaraq hansı işlər görülməli olduunu da deyir.

İlanları əhlilləşdirdiyini deyən, onlarla dostluq edən mirhəsən kişi nə vaxtsa qoynumda ilan bəsləmişəm deyib peşiman olmasın. Çünki ilanən ağına da lənət qarasına da .

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə