Ölkə çempionatı start götürdü - VİDEO

Ölkə çempionatı start götürdü - VİDEO
Yeni mövsümdə qadınlar arasında 6, kişilər arasında 8 komanda yarışır

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatı başlayıb.

Mövsümə qadınların mübarizəsi ilə start verilib. İlk turun açılış matçında son çempion “Azərreyl” komandası “Abşeron” kollektivi ilə üz-üzə gəlib. Birinci seti abşeronlular aktivlərinə yazdırıblar, 25-23. Lakin toparlanmağı bacaran dəmiryolçular növbəti hissələrdə rəqibdən üstün olublar. Növbəti 3 dövrəni müvafiq olaraq 25-22, 25-16 və 25-22 hesabı ilə öndə bitirən Famil Ağayevin komandası sonda qələbə qazanıb, 3-1.

Bundan sonra ölkə çempionatlarının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov bu ilki çempionatın əvvəlkilərin daha maraqlı keçəcəyinə ümid etdiyini bildirib. Yarışda yeni komandaların mübarizə apardığını deyən Feredasiyanın rəhbəri, bütün valideynlərə üzünü tutaraq, övladlarını idmana, o cümlədən voleybola yönləndirməyə çağırıb.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra isə meydana kişi voleybolçuları çıxıblar.

Yarışın son qalibi “Murov” ilk turda “Neftçi” komandası ilə qarşılaşıb. Xatırladaq ki, Murov ötən mövsümə kimi Lokomovit adı altında mübarizə aparıb. Qarşılaşma çempion üçün uğursuz alınıb. Matç ağ-qaraların 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qadınların mübarizə apardığı Super Liqada 6 komanda iştirak edir. Bunlar “Azərreyl”, “Abşeron”, “Murov”, “Mübariz”, UNEC və Gürcüstan kollektividir.

Kişilərin Yüksək Liqasında isə 8 kollektiv var. Bunlar “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi”, “Ekspress” və Gürcüstandır.

Gürcüstanlılar hər 2 yarışa müsabiqədən kənar qatılıblar.

Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə