“Zeytun budağı” əməliyyatının üçüncü günü Avropa İttifaqından rəsmi açıqlama

“Zeytun budağı” əməliyyatının üçüncü günü Avropa İttifaqından rəsmi açıqlama
F.Moqerini jurnalistlərə açıqlamasında “Zeytun budağı” əməliyyatından narahatlıq keçirdiklərini bildirib

Avropa İttifaqı (Aİ) Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına nəhayət reaksiya verib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini jurnalistlərə açıqlamasında “Zeytun budağı” əməliyyatından narahatlıq keçirdiklərini bildirib. Onun sözlərinə görə, bu məsələ çox həssas və bölgə üçün vacib məqamlardandır.

“Türkiyənin bu əməliyyatından çox narahatlıq keçiririk. Məsələ ilə bağlı Türkiyədəki həmkarlarımızla görüşəcəyəm”, - deyə Federika Moqerini bildirib.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3,5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər