“Zeytun budağı” əməliyyatında bir türk hərbçisi şəhid olub

“Zeytun budağı” əməliyyatında bir türk hərbçisi şəhid olub
Türkiyənin ilk şəhidi terrorçularla atışma zamanı ölüb.

Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında bir türk hərbçisi şəhid olub. Bu barədə Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

Məlumata əsasən, əsgər Kilis vilayətinin Gülbala kəndində baş vermiş atışma zamanı ölüb. Türk hərbçilərilə İŞİD və YPG terror təşkilatının silahlıları arasında atışma zamanı yaralanan türk hərbçisi sonradan dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatının başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələri ilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çoxlu sayda canlı qüvvə itiriblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər