Azərbaycan Telefilm 60 - VİDEO

Azərbaycan Telefilm 60 - VİDEO
Telefilmin yubileyinə həsr olunan tədbir keçirildi

Azərbaycan Dövlət Film Fondunda Azərbaycan Telefilmin 60 illiyinə həsr olunan tədbir keçirildi.

Tədbirdə Azərbaycan Telefilmin qocaman əməkdaşları o cümlədən televiziya xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər arasında akademik Rafael Hüseynov, Etibar Babayev, Hüseyn Mehdiyev, Rühəngiz Qasımova və digər tanınmış ictimai xadimlər vardı. 60 ildirki fəaliyyət göstərən qurumuna həsr olunan "Dövrün portreti filmlər və insanlar" filmi kino ictimaiyyətinə təqdim olundu.

Azərbaycan Televiziyası ilə efirə gedən "Poçt qutusu", "Aygün" kimi bədii filmlər və sənədli filmlərin böyük əksəriyyəti Azərbaycan telefilminin məhsuludur.

Azərbaycan Telefilm bu günümüzdə artıq yeni adla sənədli və bədii filmlər studiyası kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Telefilm 60 il bundan öncə Azərbaycan televiziyasının 3 yaşında yaradlıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər