ABŞ Türkiyə ilə birlikdə Suriyanın şimal-qərbində “təhlükəsizlik zonası” yarada bilər.
Bu barədə ABŞ dövlət katibi Reks Tillerson açıqlamasında bildirib. O, hazırda bu cür əməkdaşlığın mümkünlüyünün araşdırıldığını deyib.
“Biz Türkiyə tərəfi və bir sıra başqa qüvvələrlə vəziyyətin sabitləşdirilməsi mövzusunda danışıqlar aparırıq. ABŞ Türkiyə ilə birgə “təhlükəsizlik zonası”nın yaradılması məsələsini gözdən keçirir”, - deyə Tillerson əlavə edib.