Türkiyə ABŞ-la əməkdaşlıq üçün şərtlərini açıqladı — VİDEO

Türkiyə ABŞ-la əməkdaşlıq üçün şərtlərini açıqladı — VİDEO
Amerika kürd döyüşçülərinə silah verməyi dayandırmalıdır

Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə nazirlərin toplantısı keçirilib. Toplantıda çıxış edən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatından danışıb. O bildirib ki, türk hərbçilər əməliyyata uğurla başlayıblar.

“Dəfələrlə Türkiyənin Suriya ilə sərhədindən terrorçuların hücumuna məruz qalmışıq. PKK, PYD, YPG və İŞİD terrorçuları məhz Suriyanın Afrin bölgəsindən Türkiyə sərhədlərini keçərək ölkəmizə hücumlar ediblər. Onların törətdikləri terrorlarda vətəndşalarımız ölüb və yaralanıblar. Suriya hökuməti hazırda Afrin bölgəsinə nəzarəti itirib. Bu səbəbdən, bölgədə məskunlaşan terrorçular həm Suriyanı, həm Türkiyəni, həm də digər bölgələri təhlükə altında saxlayır. Türkiyə həmin təhlükəni dəf etmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb”, - deyə Bəkir Bozdağ bildirib.

Nazir müavini əlavə edib ki, Türkiyənin Suriyada ABŞ-la əməkdaşlıq etməsi üçün əsas şərt Birləşmiş Ştatlar tərəfindən kürd döyüşçülərinə silah tədarükünün dayandırılmasıdır. Onun sözlərinə görə, rəsmi Ankara Vaşinqtona dəfələrlə xəbərdarlıq edib ki, kürd silahlı birləşmələrinə silah verməsin.

"Əməkdaşlıq etməyimizin əsas şərti silah tədarükünün dayandırılması və verilən silahların geri alınmasıdır. Bunu öz müttəfiqlərimizdən gözləmək ən təbii haqqımızdır", - deyə B. Bozdağ bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər