İlin mədəniyyət hadisələri - VİDEO

İlin mədəniyyət hadisələri - VİDEO
"Nəsimi ili" əlamətdar mədəniyyət hadisələri ilə yadda qaldı

2019-cu ilin ən mühüm mədəniyyət hadisəsi ölkə başçısının sərəncamı ilə 2019-cu ili Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı "Nəsimi ili" elan etməsi oldu. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq imzalanan sərəncamdan irəli gələrək ölkə daxilində və xaricdə bir sıra mədəni kütləvi tədbirlər keçirildi. Şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü nəinki Azərbaycana, bütün bəşəriyyətə faydalı örnək oldu. “Nəsimi ili” çərçivəsində Real tv-nin hazırladığı Əbədiyyət Nəsimi filmində dahi şairin Suriyanın Hələb şəhərindəki məzaranın ilk dəfə kadrlarının nümayiş etdirilməsi də yaddaşlarda iz buraxdı.

2019-cu ildən start götürən islahatlar mədəniyyət sahəsindən də yan keçmədi. Ölkə başçısı yanvarın 15-də Mədəniyyət Nazirliyinin strukturunun və idarə
edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı.Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi. Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün Komissiya yaradıldı.

İslahatların davamı olaraq ölkə başçısı Azərbaycan kinematoqrafiyasının, azərbaycan teatrının inkişafı ,həmçinin teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzaladı. Sərəncamlarla bu istiqamətdə görüləcək işlərlə bağlı böyük vəsait ayrıldı. Ölkə başçısının digər sərəncamı ilə Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı oldu. Ölkənin mədəni həyatında oynadıqları mühüm rolu nəzərə alaraq bir neçə mədəniyyət qurumuna vəsait ayırdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüş də xüsusi ilə mədəniyyət xadimləri üçün yadda qalan oldu. Ölkənin brinci şəxsi mədəniyyət adamlarının qayğılarını öz dillərindən dinlədi, bu sahədə görüləcək işlərdən bəhs etdi.

Bu görüşdən 4 gün sonra ölkə başçısının sərəncamı ilə Dövlət Musiqili Teatrına və Dövlət Rus Dram Teatrına "akademik" statusu verildi. Qeyd edək ki, bir teatra "akademik" statusun verilməsi onun yaradıcılıq baxımdan nümunəvi sayılması anlamına gəlir. Buna qədər Azərbaycanda yalnız Milli Dram Teatrının belə bir statusu var idi.

Aprel ayında ölkə rəhbərliyinin mədəni irsin qorunmasına həssas münasibətinin təzahürünü ictimaiyyət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ətrafında yaranan ajiotaja birinci vitse prezident Mehriban Əliyevanın timsalında bir daha gördü. İçərişəhəri ziyarət edən Birinci vitse prezident Qoşa qala qapısı ətrafında yaranmış ajiotajı yerindəcə araşdırdı. Mehriban Əliyeva içrişəhər sakinləri eləcədə bir qrup sahibkarla görüşdü,ərazidə aparılan konstruksiyalarla bağlı qəti tapşırıqlar verdi.

May ayında bir qrup mədəniyyət xadimi ölkənin birinci şəxsinin sərəncamı ilə fəxri adlara layiq görüldü. Sərəncamdan irəli gələrək şair Ramiz Rövşən,Musa yaqub və Vahid Əziz xalq şairi fəxri adını aldılar.

Mayın 2-də Azərbaycanın paytaxtı Bakıda Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yola saldığımız ilin ən böyük mədəni hadisələrindən biri kimi tarixə düşdü. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak etdi. Forum çərçivəsində dünyada baş verən münaqişələr, törədilən terror aktlarınının durdurulmasına çağırışlar edildi. Azərbaycandakı tolerantlıq mühiti nümunə kimi təqdir edildi.
İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışının baş tutması 2019-cu ili əlamətdar etdi. Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutan Yanardağ qoruq ərazisində əsaslı təmir bərpa işləri aparılıb. Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərir. Qeyd edək ki, Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var.

İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışının baş tutması 2019-cu ili əlamətdar etdi. Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutan Yanardağ qoruq ərazisində əsaslı təmir bərpa işləri aparılıb. Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərir. Qeyd edək ki, Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var.

Mahiyyətinə görə ikinci belə böyük mədəni tədbirə Azərbaycan İyulun 1-də ev sahibliyi etdi .Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Dünyanın 180-dək ölkəsindən 2500-dən çox nümayəndənin qatıldı. Tədbir Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkan oldu. 43-cü sessiya zamanı Bakıda 45 qərar qəbul edildi və 29 irs nümunəsi siyahıya salındı.Bakı sessiyasını Azərbaycan üçün əlamətdar edən həm də Şəki Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması oldu.Bununla da qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu.

Ölkə başçısının 21 oktyabrda imzaladığı estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Sərəncamı ilə isə Tünzalə Ağayeva, Mir Yusif Və Röya xalq artisti fəxri adını aldılar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq oldu. Gözlənilməz ziyarətdən məmnun olan xalq artisti Mehriban Əliyevaya təşəkkür etdi, onun Azərbaycan mədəniyyətinə həssas münasibətini yüksək qiymətləndirdi.

Nəsimi ilinə ən yadda qalan töhfə Dünya şöhrətli müğənni Sami Yusufdan gəldi. Bəstəkar müğənni Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı 7 dəqiqəlik kompozisiya böyük maraqla qarşılandı. Sami Yusufun özünəməxsus tərzdə ifa etdiyi "Sığmazam” kompozisiyaya 4 ay ərzində 7 milyona yaxın topladı. Qeyd edək ki, müğənni kompozisiyanı Bakıda keçirilən II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində səsləndirmişdi. Festival sonrası Birinci vitse-prezidenti Mehriban Əliyeva məşhur müğənni və bəstəkarın iştirakını yüksək qiymətləndirdi və müğənni ilə görüşərək ona"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu təqdim etdi.

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışı da Azərbaycanın ölkə xaricində mədəni irsinin qorunması baxımından əlamətdar hadisə kimi qiymətləndirilir. Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində reallaşan açılışda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edib..
Nadir memarlıq siması bərpa olunan milli pavilyonUN yeddi zalında xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür. Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə yenidən qurulan “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb.

Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfərləri çərçivəsində Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olmaları da mədəni irsimizin qorunması baxımından xatırlanacaq hadisələrdən idi. Nəsiminin qardaşı Şahi Xəndanın xatirəsinə Şahxəndan qəbiristanlığı adlanan qıbiristanlıqda qısa müddət ərzində abadlıq işləri aparılıb, əraziyə rahat gediş gəliş üçün yen asfalt yol çəkilib.

Ölkəmiz üçün daha bir əlamətdar hadisə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESCO-nun İslam İrsi Siyahısına daxil edilməsi ilə bağlı oldu. Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olundu. Qərar Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında verildi.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin açılışı da bu ilin yadda qalan hadisələri sırasında yer aldı. Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldıldı. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Bir çox mədəni tədbirlərə ev sahibliyi edən paytaxt Bakıya dünya şöhrətli sənət adamları da təşrif buyurdu. Onların sırasında Formula 1 bakı qran prisi çərçivəsində konsert proqramı ilə çıxış edən Cardi B ləqəbli Belkalis Almanzar və Cessi Cey də vardı. Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı da mədəniyyətsevərlərin unutmayacağı hadisələr sırasında idi.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər