Nazir Xalq artisti Fatma Mahmudovanı mükafatlandırıb

Nazir Xalq artisti Fatma Mahmudovanı mükafatlandırıb

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Xalq artisti Fatma Mahmudovanı teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibəti ilə mükafatlandırıb.

Teatrdan "Report"a verilən məlumata görə, Akademik Musiqili Teatrda F.Mahmudovanın şərəfinə təşkil olunan səmimi toplantıda teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət nazirinin "31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi" və Yeni il Bayramı ərəfəsində sevilən aktrisaya ünvanladığı təbrikləri çatdırıb və imzaladığı "Fəxri Fərmanı" ona təqdim edib.

Təqdimat mərasimində aktrisanın illərlə eyni səhnəni bölüşdüyü sənət dostları, Əməkdar artistlər – Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova və başqaları da çıxış edərək Xalq artistinə xoş və səmimi təbriklərini bildiriblər.

Fatma Mahmudova ona göstərilən xüsusi diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, onun üçün qürurverici bir hadisədir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə