Rəhim Rəhimli işdən çıxarılıb

Rəhim Rəhimli işdən çıxarılıb

“MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.

REAL Axşam.az-a istinadən xəbər verir ki, 2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.

H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.

Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.

Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə