Türkiyəyə gələn 20 ton ət yararsız çıxdı

Türkiyəyə gələn 20 ton ət yararsız çıxdı
Təhlükəli bakteriyaların aşkarlandığı 20 ton ət yoxlanılmadan satılıb.

Türkiyənin, Qida, Təsərrüfat və Heyvandarlıq Nazirliyi vasitəsilə Bosniya və Herseqovinadan idxal edilən 20 ton mal ətində insan sağlamlığına ziyanlı “E.coli O157” xəstəliyi aşkar edilib. Ətlərin laboratoriya analizləri yekunlaşmamış satışa çıxarıldığı məlum olub. 
24 avqust 2017-ci il tarixində analizləri götürülən mal ətinin təhlil nəticələri avqustun 29-da bəlli olub. Bu müddət ərzində ət artıq satışa çıxarılıbmış. “E.coli O157” xəstəliyi tibb dünyasında ən təhlükəli qida mənşəli bakteriyalar arasında yer alır. Xəstəliyi müəyyən edən laboratoriya bu barədə Ət və Süd Qurumunu məlumatlandırıb. Məlumatda deyilir:

“Nazirlər Kabinetinin qərarı ilə “Mujanovici” firmasından alınan ətlərdə E. Coli O157 pozitiv çıxıb. Bu ətlər insan qidası kimi istifadəyə yararlı deyil”. 

 


Yazının davamında əlaqədar qurumdan ətlərin məhv edilməsi tələb edilir:

“Sözügedən yararsız ətlərin məhv edilməsi üçün hazırlıqların görülməsi, məhv təqviminin hazırlanması və komissiyanın yarasılması haqda Ərzincan Ət Kombinatında hazırlıq görülsün”. 

İddialara görə, yararsız ətlər analiz nəticələri gözlənilmədən satışa verilib. Çünki 29 avqustda xəstəliyin aşkarlanmasına baxmayaraq, ətlərin zərərsizləşdirilməsi ilə bağlı qərar bundan 5 ay sonra yanvarın 5-də verilib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər