Azərbaycanın “İsveçrəsi“ - VİDEOREPORTAJ

Azərbaycanın “İsveçrəsi“ - VİDEOREPORTAJ
Qəbələdə qış mövsümü

600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir.

Nadir təbii iqlim şəraiti, mineral bulaqları ilə seçilən rayon həm yay, həm də qış turizmin inkişafı üçün yeni perspektivlər açır.

Beşulduzlu otellərin, yüksək səviyyəli brend restoranların fəaliyyətə başladığı Qəbələdə qonaqların və turistlərin istirahəti üçün müasir standartlara uyğun hər bir şərait yaradılıb.

Bu amillər rayonda yay və qış turizminin inkişafına əlverişli imkanlar açır.

Bu diyarın uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, mənzərəli yerləri sözün əsl mənasında adama lap “gəl-gəl” deyir.

Yolumuz "Tufandağ" Qış-Yay Turizm Kompleksinədir.

Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər