“Qəbələ“ kitabının təqdimatı oldu - VİDEO

“Qəbələ“ kitabının təqdimatı oldu - VİDEO
Kitab Qəbələnin tarixi, etnoqrafiyası və folklorundan bəhs edir

AMEA-da Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş kitab toplusunun təqdimatı keçirildi.

Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Qəbələ şəhərində arxeoloji tədqiqatlara 15 illik fasilədən sonra dəstək verib. Bununla da Qəbələ ilə bağlı elmi araşdırmalar bərpa edilib.

Qəbələ etnoqrafik ekspedisiyanın fəaliyyətinin nəticəsi olan "Qəələ tarixi", "Qəbələ etnoqrafiyası" və "Qəbələ folkloru" adlı kitablardan ibarət toplu Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli sözügedən kitab toplusunun ölkəmizin mədəniyyəti və tarixinin dünyaya tanıdılması baxımından önəmini vurğuladı.

Təqdimatın sonunda "Qəbələ etüdləri" adlı sənədli film nümayiş olundu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə