İnyesta: "Barselona" rəhbərliyi özünü yaxşı aparmır"

İnyesta:

İspaniya "Barselona"sının sabiq futbolçusu Andres İnyesta klub rəhbərliyini tənqid edib.

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu Kataloniya təmsilçisinin rəhbərliyini baş məşqçi Ernesto Valverdeyə etimad göstərməməkdə günahlandırıb:

"Barselona" rəhbərliyi özünü yaxşı aparmır. Məşqçilərə hörmət etmək lazımdır. Rəhbərliyin baş məşqçi Ernesto Valverdyə qarşı belə davranması komandaya zərər vura bilər".

Qeyd edək ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"nın şərəfini qoruyub. O, meydana çıxdığı 442 rəsmi oyunda 35 qola imza atıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər