20 Yanvar faciəsinin 30-cu ildönümü - FOTOLAR, VİDEO

20 Yanvar faciəsinin 30-cu ildönümü - FOTOLAR, VİDEO
Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır

20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanılıb.

Hazırlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.Görülən ilər çərçivəsində şəhidlər Xiyabanında hazırda təmir və bərpa,eyni zamanda xiyabanın təmizliyi və məzarların yuyulması işləri görülür.Hər il olduğu kimi Şəhidlər Xiyabanının girişində güllər vasitəsi ilə böyük həcimli 20 və qərənfil kompazisiyası əks olunacaq.Tünd qırmızı qərənfillər yazının aydın oxunması üçün istifadə olunacaq.Şəhidlər xiyabanının bəzənməsində istifadə olunan gül-çiçək Azərbaycanın bütün rayonlarından gətiriləcək.

Hazırlıq işləri çərçivəsində işıq dirəklərinin kənarları və səkilər qərənfillə bəzədiləcək.Faciə gününə bir neçə gün qalmasına baxmayaraq indidən ziyarətə gələnlərdə var.Hazırlıq işlərinin yanvar ayının 19-a qədər yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulub.Nəticədə yüzlərlə insan qətlə yetirildiyi,yaralandığı və itkin düşdüyü qırğın Qara Yanvar,bəzən Qanlı Yanvar və ya 20 yanvar faciəsi kimi qeyd olunaraq Şəhidlərin xatirəsi yad edilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər