Türkiyə prezidentindən Həftara sərt mesaj - YENİLƏNİB

Türkiyə prezidentindən Həftara sərt mesaj - YENİLƏNİB
“Həftara haqq etdiyi dərsi verməkdən geri çəkilməyəcəyik” 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Moskvada Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftarın Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Səracla barışıq müqaviləsi imzalamaqdan imtina etməsinə münasibət bildirib.

“Ölkənin qanuni idarəçilərinə və Liviyadakı qardaşlarımıza hücumları davam etdirdikləri təqdirdə Həftara haqq etdiyi dərsi verməkdən əsla geri addım atmayacağıq”.

15:17

***

Türkiyə prezidenti daha sonra  Həftarın atəşkəsə imza atmaması məsələsinə də toxunub. 

“Biz dediyimiz sözün arxasında durduq. Amma təəssüf ki, Həftar, masada yalan danışaraq Moskvanı tərk etdi. Trablus hökuməti səbrlə qurucu və uzlaşmağa hazır olduğunu sona qədər göstərdi. Həftar isə atəşkəsi imzalamağa yaxın durmadı. Əvvəlcə gözlədi daha Moskvanı tərk etdi, qaçdı”.

Rəcəb Tayyib Ərdoğan Suriya, xüsusi ilə İdlibdə son günlər baş verən hücumlara da toxunub. 

"Vaxtı gələrsə (Suriya) rejiminin atəşkəsi pozmaq cəhdlərinin qarşısını almaqda qərarlıyıq”, - deyə Türkiyə prezidenti bildirib .

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə