Həftar iki sutka vaxt istədi - VİDEO, YENİLƏNİB

Həftar iki sutka vaxt istədi - VİDEO, YENİLƏNİB
O, Liviyada atəşkəsi nəzərdə tutan saziş üçün 2 gün düşünəcək

"Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Həftar Moskvada keçirilən görüşü müsbət qiymətləndirir. İmzalanma mərasimindən öncə, Tayfa rəhbərləri ilə yekun sənədi müzakirə etmək üçün iki sutka vaxt istədi".

Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Moskvada “2+2” formatında təşkil olunan görüşdə əvvəlcə Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirləri bir araya gəliblər.

Sonra görüş münaqişə tərəflərinin iştirakı ilə davam edib. Altı saatdan çox davam edən gərgin müzakirələrdən sonra yekun sənəd imzalanmayıb.

Belə ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac sənədi imzalasa da, Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Həftar sənədə qol çəkməyib və bir gün vaxt istəyib.

Bir gün vaxt istəməsinə baxmayaraq Xəlifə Həftar dünən gecə saatlarında sənədi imzalamadan moskvanı tərk edib. Və Livyanın paytaxtı Tripoli ətrafında döyüşlər yenidən başlayıb.

REAL-ın RUSİYA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə