Bakıda keçmiş “ZEK” pulemyotla yaxalandı

Bakıda keçmiş “ZEK” pulemyotla yaxalandı
Azərbaycan polisi bir neçə uğurlu əməliyyat keçirib

Daxili işlər orqanlarının əıməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı onun evindən “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, C.Məcidov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilib.

Saxlanılan şəxslər götürülən maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər